Tibb dünyasını sirkələyən tədqiqat


Digərləri 16 Avq 2018 20:50:00 331 0

Tibb dünyasını sirkələyən tədqiqat

1973-cü ildə ABŞ-da psixatriya sahəsində keçirilən bu eksperiment tibb dünyasının müalicə üsullarını şübhə altına saldı.

Son.az islaminsesi.info-ya istinadən bildirir ki, eksperiment psixoloq Rozenxan tərəfindən keçirilib. Rozenxan bu tədqiqatı ilə sübut etdi ki, insanın psixoloji pozgunluğunu heç bir tibbi göstərcilərlə müəyyən etmək mümkün deyil.

Onlar bunu müəyən etmək üşün xüsusi komanda formalaşdırdılar. 3 psixoloq, bir pediatr, rəssam, evdar qadın və Rozenxanın  özü hallusinasiya şikayəti ilə psixatriya xəstəxanasına müraciət etdilər. Təbii ki, onların belə bir xəstəliyi yox idi. Onlar qərar vermişdilər ki, əvvəl belə davransınlar, sonra həkimlərə xəstə olmadıqlarını açıqlasınlar.

Probləm də elə bundan sonra başladı. Həkimlər onların sağlam olduqlarına inanmadılar. Xəstəxana heyəti onlara təyin olunmuş dərmanları atdırıb, zorla müalicə kursunu davam etdirdilər.

Onları yalnız müalicə kursu başa çatandan sonra buraxdılar. Lakin Rozenxan bununla kifayətlənmədi. Eyni şikayətlə daha 12 psixatriya klinikasını ziyarət etdilər. Hamısında eyni münasibət və eni müalicə üsulları ilə qarşılaşdılar.