Adi tərəvəz 2 ən yayılmış xərçəng növündən qoruyur


Digərləri 16 Avq 2018 20:25:00 222 0

Adi tərəvəz 2 ən yayılmış xərçəng növündən qoruyur

Londonun Frensis Krik universitetinin alimləri mədəni xərçəngdən qoruyan maddə tapıblar. Son.az ölke.az-a istinadən xəbər verir ki, adi ağ kələm, kolrabi və gül kələmin tərkibində olan maddə bağırsağın və mədənin mikroflorasını normallaşdırır, düz və yoğun bağırsaqda xərçəngə səbəb ola bilən mikrobların yaranmasının qarşısını alır.

"Bu kəşf optimizm üçün böyük əsasdır. Biz xərçəngə səbəb olan genetik faktorları dəyişə bilmərik. Digər tərəfdən biz onların təsirini azalda bilərik. Bunun üçün isə düzgün pəhriz və qidalanma lazımdır", - deyə alim Gitta Stokinger bildirib.

Son illər alimlər insan orqanizmində xərçəngə səbəb olan bir sıra mikroblar kəşf ediblər. Məsələn, "Heliobacter pylori" və "Streptococcus gallolyticus" mikrobları mədə və düz bağırsaq xərçənginin yaranmasına səbəb olan əsas mikroblardır.