İsveçrə Məhkəməsi: Gülnarə Kərimovanın 800 milyon dolları


Dünya 16 Avq 2018 20:28:00 336 0

İsveçrə Məhkəməsi: Gülnarə Kərimovanın 800 milyon dolları

Özbəkistanın keçmiş prezidenti İslam Kərimovun qızı Gülnarə Kərimova İsveçrədə onunla bağlı hesablarda dondurulmuş 800 milyon dolları özünə qaytarmağı bacarmadı.

İsveçrənin cinayət işləri üzrə Federal məhkəməsi iyulun 31-də vəsaitlərin dondurulması haqqında qərar verilməsi barədə Kərimovun böyük qızının apellyasiyasını rədd etdi. Bu isə o deməkdir ki, həmin pullar tezliklə Özbəkistan hakimiyyətinə qaytarıla bilər.

Son.az virtualaz.org-a istinadən bildirir ki, Gülnarə Kərimova İslam Kərimovun böyük qızıdır. Uzun müddət o özünü pop-müğənni kimi qələmə verir və geyim dizaynı ilə məşğul olur, həmçinin diplomatik sahədə işləyirdi. Bir vaxt onu hətta, Özbəkistan prezidentinin postunda atasının varisi hesab edirdilər.

Amma 2015-ci ildə məlum oldu ki, G.Kərimova barəsində cinayət işi başlanıb: ona qarşı milyard dollar civarında mənimsəmə ittihamı irəli sürdülər. Bildirilirdi ki, G. Kərimova ən azı altı telekommunikasiya şirkətindən rüşvət alıb...

2015-ci ilin avqustunda Daşkənddə məhkəmə onu vergi ödənişindən boyun qaçırmada, oğurluqlarda, zorla pul qoparmada və offşor şirkətlərin sənədlərini məhv etməkdə günahkar bilərək azadlığının beş il müddətinə məhdudlaşdırılması barədə qərar qəbul etdi.