İranda evlilik yaşı dəyişdirilir


Dünya 16 Avq 2018 20:11:00 201 0

İranda evlilik yaşı dəyişdirilir

İran parlamentinin qadın qrupu uşaq evliliklərinin qarşısını almaq məqsədi ilə 16 yaşdan aşağı qızların evlənməsini qadağan edən qanun layihəsi hazırlayıb.

Son.az virtualaz.org-a istinadən bildirir ki, bu barədə İran parlamentinin qadın qrupunun üzvü Tayyibə Siyavuşi danışıb.

Məsələni dini qurumlarla da müzakirə etdiklərini bildirən Siyavuşi, Ayətullah Məkarim Şirazinin də qanun layihəsini dəstəkləyən fətva verdiyini və layihənin Qumdakı İslami Təhqiqat Qurumunun yardımı ilə hazırlandığını vurğulayıb.