MKİnin ən iri iflası: 30 Amerika


Dünya 16 Avq 2018 20:09:00 232 0

MKİnin ən iri iflası: 30 Amerika

2017-ci ildə "The New York Times" nəşrində dərc olunmuş məqalədən sonra Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) tarixində ən iri iflaslardan biri barədə məlum oldu: 2010-cu ildən 2012-ci ilədək Çində onlarla Amerika agenti öldürülmüş, yaxud həbs edilmiş, onillər boyu yaradılmış şəbəkə isə faktiki olaraq dağıdılmışdı.

İstintaqın gedişində ABŞ-da MKİ-nin keçmiş əməkdaşı Cerri Çun Şin Li saxlanılmışdı - hesab olunurdu ki, agentura şəbəkəsini çinlilərə məhz o satıb; 2018-ci ilin yanvarında ona qarşı rəsmi ittiham irəli sürüldü. Avqustun 15-də "Foreign Policy" nəşrinin məqaləsində göstərildi ki, MKİ-nin 30 nəfər əməkdaşı və onların əlaqələndiriciləri edam edilib - şəbəkə isə yalnız satqın sayəsində deyil, həm də kommunikasiya sistemindəki səhvlər ucbatından ifşa edilib.

Son.az virtualaz.org-a istinadən bildirir ki, Çində baş vermiş hadisəni MKİ-nin və Federal Təhqiqatlar Bürosunun (FTB) xüsusi komissiyası araşdırırdı. Komissiya üç potensial istiqamət üzə çıxarmışdı: satqınlıq, Çin hakimiyyətinin ifşa edə bildiyi agentlərin özünün səliqəsiz işi və kommunikasiya sistemindəki sızmalar. Yekunda müstəntiqlər belə bir nəticəyə gəliblər ki, hər üç amilin kombinasiyası iflasa səbəb olub.

"Foreign Policy"nin həmsöhbətləri deyirlər ki, MKİ yeni agentlə işləməyə başlayarkən idarə, adəti üzrə, müvəqqəti rabitə sistemindən istifadə edir. Bu kuratora imkan yaradır ki, mənbə ilə məsafəli əlaqə yarada bilsin, lakin sistem MKİ-nin əsas şəbəkəsindən tamamilə ayrıdır - yeni mənbənin ikili agent olacağı təqdirdə təhlükəsizliyin təmin edilməsi məqsədilə.