Zilhiccənin birinci gününün əməlləri


Digərləri 16 Avq 2018 19:45:00 255 0

Zilhiccənin birinci gününün əməlləri

1. Oruc tutmaq. Bu orucun savabı 80 ayın oruc savabına bərabərdir.

2. Həzrət Fatimənin (s.ə) namazını qılmaq. Dördrükətli namazdır, 2 dənə ikirükətli namaz kimi qılınır və hər rükətdə "Həmd"dən sonra 50 dəfə "Tövhid" ("İxlas") surəsi oxunur və salamdan sonra Həzrət Zəhranın (s.ə) təsbihatı deyilir. Dua edəndən sonra belə deyirsən:

"سبحان ذی العزّ الشامِخِ المُنیف، سبحانَ ذِی الجَلالِ الباذِخِ العظیم، سبحانَ ذی المُلکِ الفاخِرِ القدیم، سُبحانَ مَن یری اَثَرَ النَملَةِ فی الصَّفا ، سُبحانَ مَن یری وَقعَ الطَّیرِ فی الهَواءِ، سُبحانَ مَن هُوَ هکَذا وَلا هکذا غیره".  

"Subhanə zil izziş şamixil munif, subhanə zil-cəlalil-bazixil-əzim, subhanə zil-mulkil-faxiril-qədim, subhanə mən yəra əsərən nəmləti fis-səfa, subhanə mən yəra vəq'ət təyri fil-həva, subhanə mən huvə hakəza və la hakəza ğəyruh".