Dirazzurun muhasirədən çıxarılması ABŞın Yaxın Şərq planını necə altüst etdi?


Digərləri 16 Avq 2018 19:50:00 253 0

Dirazzurun muhasirədən çıxarılması ABŞın Yaxın Şərq planını necə altüst etdi?

Dirazzur şəhərinin İŞİD-in 3 illik muhasirəsindən çıxarılması ABŞ-ın və Sionizmin Yaxın Şərqlə bağlı planlarını alt-üst etdi.

Son.az islaminsesi.info-ya istinadən bildirir ki, əgər Hələbin azad edilməsi Yaxın Şərqdəki müqavimət mehvərinin müdafiədən hücum mərhələsinə keçməsini təmin edirdisə, Dirazzurun azad edilməsi həmin müqavimət mehvərinin Suriyada qələbəsi demək idi. Əlbəttə bu tam qələbə deyil, lakin ABŞ və imperializmin və onların bölgədəki əlaltısı Sionist rejimin Yaxın Şərqlə bağlı planının üzərindən xətt çəkmiş oldu.

Yaxın Şərqdə və Şimali Afrikada "Ərəb Baharı" dalğası ABŞ-ın bölgədə yeni planlara əl atmasına səbəb oldu. "Ərəb Baharı"ndan öncə Yaxın Şərqdə xarici siyasi kurs baxımından əsasən iki cəbhələşmə mövcud idi. Müqavimət mehvəri və buna mane olan "Mümaniət" mehvəri. Müqavimət cəbhəsində olan ölkələr ABŞ-dan müstəqil siyasət yürütməyə xüsusilədə Fələstin məsələsində barışmaz mövqe tutmaqda israrlıdırlar. Lakin qarşı cəbhəyə daxil olan müsəlman ölkələri müstəqil xarici siyasətə malik olmadığından ABŞ-ın təzyiqi ilə birinci cəbhəyə mane olmağa çalışırdılar. 2011-ci ildən sonra Suriya, İraq, Yəmən, Bəhreyn, Misir, Liviya və sair ölkələrdə sabiq cəbhələşmə yerini məzhəblərarası qarşıdurmaya və radikal qrupların qarşıdurmasına vermiş oldu. Bu, amil ABŞ üçün bölgədə yeni geosiyasi vəziyyət yaratmaq, sözügedən müqavimət cəbhəsini zəiflətmək, sarsıtmaq və ya onu aradan götürmək fürsəti verirdi.

Rəsmi Vaşinqton daima bölgədəki müttəfiqlərini İran xofu və "Şiə Hilalı" təhlükəsi ilə qorxutmağa və bunun vasitəsilə onlara külli miqdarda silah satmağa çalışıb. Bu tendensiya "Ərəb Baharı"ndan doğan münaqişələr zamanı maksimum həddə çatdı. Amma bu kifayət etmirdi. İsrail ətrafında olan ölkələrin hamısı bir yolla zəifləməli müstəqil siyasətindən əl çəkməli idilər.

Suriya munaqişəsi Müqavimət cəbhəsini çətin vəziyyətlə üzbə-üz qoydu. Belə ki Suriya dövlətinin aradan getməsi ilə İraq ordusunun geriləməsi ilə İranla Livan və Fələstin arasında coğrafi bağlar qırılmalı, bölgədə yeni və uzunmüddətli münaqişə ocaqları yaranmalı və nəticə etibarilə İsrail Sionist rejimin uzunmüddətli təhlükəsizliyi təmin edilməli idi.