Uşaq batareya udubsa... Ağır fəsadlar və yardım üsulları


Digərləri 16 Avq 2018 19:25:00 278 0

Uşaq batareya udubsa... Ağır fəsadlar və yardım üsulları

Balaca uşaqlar ətrafda olan əşyaları tək gözlə deyil, ağızla da "tədqiq" etməyə xoşlayır.

Bu səbəbdən uşaqlar tez-tez kiçik əşyaları udur. Onların əksəriyyəti təbii yolu ilə çıxır, lakin bəziləri uşaq orqanizmində çox ciddi fəsadlar törədə bilər.   

Belə əşyalardan biri kiçik batareyalardır. Batareya ağız suyu ilə reaksiyaya girəndən dərhal sonra  çox güclü yeyici məhlul əmələ gəlir ki, bu məhlul qida borusunu, nəfəs yollarını, səs telləri, iri damarlarda ağır zədələnmələrə və hətta uşağın ölümünə səbəb ola bilər.

Son.az saglamolun.az-a istinadən bildirir ki, valideynlər bunu mütləq bilməli və uşaq batareyanı udduqda sonra onu dərhal xəstəxanaya çatdırmalıdır. Batareya uşaq orqanizmindən nə qədər tez xaric olunarsa, onun mənfi təsiri də bir o qədər az olacaq.