BakıQazax yolunda qəza Avtomobilin daşıdığı


Digərləri 16 Avq 2018 19:02:00 180 0

BakıQazax yolunda qəza  Avtomobilin daşıdığı

Bakı-Qazax avtomagisrtalında iki yük maşını toqquşub, 2 nəfər xəsarət alıb.

Hadisə yolun Goranboy rayonundan keçən hissəsində baş verib. "Ford" markalı yük maşını iritonnajlı "Kamaz"-a çırpılıb.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, nəticədə avtomobilin daşıdığı yağ yola dağılıb.

Qəza zamanı xəsarət alan sürücünü təcili yardım avtomobilini gözləmədən yolda xidmət aparan 8-ci tağımın əməkdaşı, polis serjantı Emin Məmmdov Goranboy rayon Xəstəxanasına çatdırıb.

Yaralıya tibbi yardım göstərilib, vəziyyəti kafi qiymətləndirilir.