Din adamlarının rəftarını bəhanə edib, dinə gəlməyənlərə cavab


Digərləri 16 Avq 2018 19:10:00 305 0

Din adamlarının rəftarını bəhanə edib, dinə gəlməyənlərə cavab

Bəzi insanlar din adamlarının rəftarlarını din üçün meyar təyin edir və dini onların rəftarları əsasında dəyərləndirirlər. Ona görə də bəzən onların mənfi rəftarlarını görən zaman, dinin özü haqqında ümidsiz və məyus olurlar. Bu halda deyirlər: "Artıq kimə etimad etmək olar ki?!".

Bəzən də onların yanlış rəftarlarını özlərinin dinə gəlməməsi üçün bəhanə hesab edirlər. Deyirlər: "O zaman ki, bizim din adamlarımız belədir, bizdən nə istəyirsiniz?".

Bəs Quran və Məsumlarımız (ə) dini meyarlar olaraq, nələri tanıdırlar?

Həzrət Peyğəmbər (s) dəfələrlə buyurmuşdur: "Həqiqətən sizin aranızda iki dəyərli şeyi qoyub gedirəm: Allahın Kitabını və İtrətimi. O zamana qədər ki, o ikisinə söykənərsiniz - heç bir zaman yolunuzu azmazsınız".