İrandan Azərbaycana narkotik keçirən ataoğul saxlanıldı


Digərləri 16 Avq 2018 18:42:00 210 0

İrandan Azərbaycana narkotik keçirən ataoğul saxlanıldı

Astara Rayon Polis Şöbəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı növbəti əməliyyat tədbiri keçiriblər.

Son.az bildirir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan Trend-ə verilən məlumata görə, Astara RPŞ-yə rayonunun Şiyəkəran kənd sakinləri Habil Yusifov və oğlu Xaliq Yusifovun İranda əldə etdikləri külli miqdarda narkotik vasitələri ölkə ərazisinə keçirib satışı ilə məşğul olmaları barədə məlumat daxil olub.

Keçirilmiş əməliyyat tədbirləri nəticəsində H.Yusifov və X.Yusifov Astara sərhəd gömrük keçid məntəqəsindən keçdikdən sonra Astara şəhəri Azərbaycan küçəsində saxlanılıb.