Gündə 23 fincan çay sümüklərin bərkiməsinə kömək edir


Digərləri 16 Avq 2018 18:24:00 248 0

Gündə 23 fincan çay sümüklərin bərkiməsinə kömək edir

Çinin Şanxay Hospitalının mütəxəssisləri müəyyən ediblər ki, gündə içilən 2-3 fincan çay sümüklərin bərkiməsinə, eləcə də osteoparozun qarşısının alınmasına kömək edir.

Son.az bildirir ki, AZƏRTAC-ın "Zdorovye i medicina" saytına istinadla verdiyi xəbərə görə, alimlərin fikrincə çayın faydaları qadınlara və kişilərə eyni təsir göstərir. Bu içki bud sınıqları riskini 37 faiz azaldır.

Çinli alimlər əvvəlki, qidalanma ilə bud sümüyü sınığı riski arasındakı əlaqəni özündə əks etdirən 14 tədqiqatın nəticələrini araşdırıblar. Bu, təxminən 200 nəfər üzərində aparılan araşdırmaların nəticələri göstərib ki, onların arasında çaysevərlərin bud sınığı ilə üzləşmə riski digərlərinə nisbətən daha aşağıdır. Məlum olub ki, gün ərzində içilən iki fincan çay bud sınığı riskini 28 faiz, 2-3 fincan çay isə 37 faiz azaldır. Lakin 3-4 fincan çayla bu risk 21 faizə bərabərdir.