Bakıda metroda yuxuya gedən şəxsi soydular


Kriminal 16 Avq 2018 17:56:00 289 0

Bakıda metroda yuxuya gedən şəxsi soydular

Beyləqan rayon sakini metronun "Nəsimi" stansiyasında içərisində 288 manat pulu və sənədləri olan pulqabısının oğurlanması barədə Metropolitendə Polis Şöbəsinə müraciət edib.

Son.az bildirir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, əməliyyat-axtarış tədbirləri ilə şübhəlilər qısa vaxtda müəyyən edilib, Sabunçu qəsəbəsi ərazisində saxlanılaraq Metropolitendə Polis Şöbəsinə gətiriliblər.

Araşdırmalarla onların əvvəllər dəfələrlə məhkum olunmuşlar Şəki şəhər sakini Neymət Musayev və Bakı şəhər sakini Şahəddin Pirəliyev olmaları məlum olub. Üzərlərinə şəxsi baxış zamanı narkotik vasitə olan heroin də aşkar edilərək götürülüb.


Xəbərə aid fotolar