Bakıda avtobus dayanacağının ətrafına çəkilən dəmir hasar söküldü (FOTO)


Digərləri 16 Avq 2018 17:35:21 221 0

Bakıda avtobus dayanacağının ətrafına çəkilən dəmir hasar söküldü (FOTO)

Xətai rayonu, İnqilab İsmayılov küçəsində avtobus dayanacaq məntəqəsinin ətrafına çəkilən dəmir hasar sökülüb.

Bakı. Bakı Nəqliyyat Agentliyinin müdaxiləsi ilə Xətai rayonu, İnqilab İsmayılov küçəsində avtobus dayanacaq məntəqəsinin ətrafına çəkilən dəmir hasar sökülüb. Bakı Nəqliyyat Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mais Ağayev Trend-ə bildirib ki, ərazidə piyadaların və müntəzəm marşrut xəttindən istifadə edən sərnişinlərin rahatlığı və təhlükəsizliyi üçün uyğun şəraitin yaradılması işləri aparılır.