Azərbaycanda cinayətlərin ən çox hansı sahədə törədildiyi açıqlandı


Kriminal 16 Avq 2018 17:20:00 224 0

Azərbaycanda cinayətlərin ən çox hansı sahədə törədildiyi açıqlandı

2018-ci ilin yanvar-iyun ayları ərzində Azərbaycanda 12 844 cinayət faktı qeydə alınıb ki, bu da 2017-ci ilin müvafiq dövrünün göstəricisinə nisbətən 2,6 faiz azdır.

Son.az Trend-ə istinadən bildirir ki, əhalinin hər 100 min nəfərinə hesabı ilə qeydə alınmış cinayət hadisələrinin sayı da əvvəlki illə müqayisədə 5,0 faiz azalaraq 129 olub.

Onların 59,3 faizi az ağır, 29,5 faizi böyük ictimai təhlükə törətməyən, 11,2 faizi ağır və xüsusilə ağır cinayətlərə aiddir.

Cinayətlərin strukturunda 2476 hadisə şəxsiyyət əleyhinə, 5952 hadisə iqtisadi sahədə törədilən, 3697 hadisə ictimai təhlükəsizlik və ictimai qayda əleyhinə, 717 hadisə dövlət hakimiyyəti əleyhinə (onlardan 130 hadisə korrupsiya cinayətləri və qulluq mənafeyi əleyhinə olan digər cinayətlər), 2-si isə digər cinayətlərdir.