27 yaşında milli karyerasını bitirdi


İdman 16 Avq 2018 16:53:00 272 0

27 yaşında milli karyerasını bitirdi

İngiltərənin “Chelsea” klubunun futbolçusu Viktor Mozes Nigeriya yığmasındakı karyerasını başa vurub.

Goal.az xəbər verir ki, 27 yaşlı futbolçu bu barədə sosial şəbəkədə məlumat yayıb. Mozes millidən belə erkən ayrılmağa qərar verməsini belə əsaslandırıb:

“Karyeramın ən gözəl anlarından bəzisini Nigeriya yığmasının forması ilə yaşamışam. Həmin anları ömür boyu xatırlayacam. Artıq diqqətimi tamamilə klub karyerama və ailəmə yönəltmək üçün millidən ayrılmağın doğru zaman olduğunu düşünürəm. Bununla həm də gənc oyunçulara özlərini göstərmək üçün fürsət yaratmış olacam”.

Qeyd edək ki, Mozes ölkəsinin yığmasında 37 oyun keçirib, 12 qol vurub.