Autizmdən əziyyət çəkən uşaqlara kömək edən robot təqdim edilib


Digərləri 16 Avq 2018 16:52:00 287 0

Autizmdən əziyyət çəkən uşaqlara kömək edən robot təqdim edilib

Lüksemburq Universitetinin alimləri tərəfindən yaradılmış “LuxAI” startapı “QTrobot” adlı robot təqdim edib.

Bakı. Lüksemburq Universitetinin alimləri tərəfindən yaradılmış “LuxAI” startapı “QTrobot” adlı robot təqdim edib. Trend-in məlumatına görə, o, autizm spektr pozğunluğundan əziyyət çəkən uşaqların müalicəsi üçün hazırlanıb. Autizmdən əziyyət çəkən insanlarda erkən yaşlardan sosial qarşılıqlı əlaqələrdə problemlər müşahidə olunur: əksər hallarda belə insanlar qapalı olur, çətinliklə yeni münasibətlər qurur və ünsiyyət saxlayırlar.