"Çukur"a YENİ AKTYOR qatılır


Digərləri 16 Avq 2018 16:16:00 238 0

"Çukur"a YENİ AKTYOR qatılır

Ötən mövsüm baş rollarda çıxış edən obrazların ölməsi ilə izləyicilərini yasa batıran məşhur "Çukur" serialının aktyor heyətinə yeni sima qatılıb.

Son.az xəbər verir ki, bu, 36 yaşlı aktyor Erkan Avcıdır.

Erkan Avcı karyerası ərzində "Qaradayı", "Əhməd", "Paytaxt Əbdülhəmid" seriallarında rol alıb. Aktyorun "Çukur"da hansı rol oynayacağı isə hələ ki, açıqlanmır.