Ali məktəblərdə boş qalan yerlərin siyahısı dərc olunub


Digərləri 16 Avq 2018 16:18:00 262 0

Ali məktəblərdə boş qalan yerlərin siyahısı dərc olunub

Ali məktəblərə bakalavriat səviyyəsi üzrə yerləşdirmənin birinci mərhələsində plan yerlərinin 5074-i, yəni 11 faiz yer boş qalıb.

Son.az-ın məlumatına görə, bunu Dövlət Imtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

Onun sözlərinə görə, vakant yerlərə qəbul üçün bu gün elan veriləcək. Vakant yerlər üçün sənəd qəbulu bu gündən başlayaraq, avquatun 20-dək aparılacaq.

M.Abbaszadə qeyd edib ki, vakant yerlərin 3255-i dövlət ali məktəblərində, xüsusilə regionlardakı ali məktəblərdə, 1819-u özəl ali məktəblərdədir. Bütün aparıcı ali məktəblərdə qəbul olma faizi 90 faizdən çoxdur. 1-ci qrupda 1693, 2-ci qrupda 2611, 3-cü qrupda 248, 4-cü qrupda 122, 5-ci qrupda 400 yer boş qalıb.

M.Abbaszadə qeyd edib ki, 1-ci qrupda 540-dan çox bal toplaya n heç bir abituriyent kənarda qalmayıb. 2-ci qrupda 490-dan yuxarı bal toplayanların, 3-cü qrupda 550-dən çox, 4-cü qrupda 610-dan yuxarı bal toplayanların hamısı ali məktəbə qəbul olub.