İtaliyada təyyarə qəzası


Digərləri 16 Avq 2018 15:19:00 227 0

İtaliyada təyyarə qəzası

İtaliyanın şimalında göyərtəsində turistlərin olduğu iki nəfərlik "PA-18" təyyarəsi qəzaya uğrayıb. 

Son.az Report-a istinadən bildirir ki, hadisə Trevizo şəhəri ərazisində qeydə alınıb.

Təyyarə havaya qalxarkən kabel qovşağına çırpılıb. O, yanaraq Pyava çayına düşüb. Nəticədə hər iki sərnişin ölüb. Hadisə yerinə gələn yanğınsöndürənlər onların meyitini təyyarənin qalıqları altından tapıblar.