Yelkənli İdman Federasiyasının yelkənçiləri Qazaxıstanda keçirilən yarışda qələbə qazanıblar (FOTO)


Digərləri 16 Avq 2018 15:25:00 252 1

Yelkənli İdman Federasiyasının yelkənçiləri Qazaxıstanda keçirilən yarışda qələbə qazanıblar (FOTO)

Azərbaycan Yelkənli İdman Federasiyasının yelkənçiləri bu dəfə Qazaxıstanda qələbəyə imza atıblar.

Bakı. Hər zaman Azərbaycanı beynəlxalq yarışlarda uğurla təmsil edən Azərbaycan Yelkənli İdman Federasiyasının yelkənçiləri bu dəfə Qazaxıstanda qələbəyə imza atıblar. Federasiyadan Trend-ə verilən məlumata görə, Qazaxıstanın Aktau şəhərində keçirilən “Xəzər Kuboku Beynəlxalq Yelkən Yarışı”nda içtirak edən (İntenational Caspoian Cup) yelkənçilərimizlə bərabər Qazaxıstan və Özbəkistan yelkən klublarının idmançıları da yarışıblar. Yarışda yüksək nəticələr göstərən Azərbaycan Yelkənli İdman Federasiyasının yelkənçiləri ilk 1, 2, 3, 4-cü yerlər üzrə kuboklara sahib olublar. Kişi idmançılarımız 1 və 3-cü yerlər, qızlarımız isə 1, 2 və 3-cü yerlər üzrə qələbə qazanıblar. Demək olar ki, yarışda təqdim olunan bütün kuboklara sahib çıxan yelkənçilərimizin yarışlarda fədakar iştirakı beynəlxalq səviyyəli məşqçilərin diqqətini cəlb edərək xüsusi rəğbətlə qarşılanıb. Qeyd edək ki, yarışda Azərbaycanı yelkənçilərimiz Murad Hacızadə, Kristina Kərimova, Ayla Babayeva, Fidan Ağazadə, Səxavət Əzimov, Nicat Şükürov, İsmayıl Həmidov, heyətin rəhbəri Burcu Algon Giorgianni, “Optimist” sinfi üzrə baş məşqçi Seyhun Yıldız, köməkçi məşqçi Aleksandr Knyazev təmsil ediblər.