Sarkisyan istintaqa cəlb edilir –


Digərləri 16 Avq 2018 15:10:00 241 0

Sarkisyan istintaqa cəlb edilir –

2008-ci il martın 1-də Ermənistanda keçirilən etiraz aksiyalarının dağıdılması zamanı 10 nəfərin ölümü və ölkədə konstitusiya quruluşunu devirmək cəhdi ilə əlaqədar açılan cinayət işi çərçivəsində ölkənin üçüncü prezidenti olmuş Serj Sarkisyan da istintaqa cəlb olunaraq dindiriləcək.

Son.az azvision.az-a istinadən xəbər verir ki, bu barədə Ermənistan Xüsusi istintaq Xidmətinin rəisi Sasun Xaçatryan hökumətin bu gün keçirilən iclasından sonra jurnalistlərə açıqlamasında bildirib.

"Bu işlə əlaqəsi olan hər bir kəs istisnasız şəkildə dindiriləcək. Bəli, eləcə də Serj Sarkisyan da dindiriləcək", - deyə Xaçatryan vurğulayıb. O, əlavə edib ki, dindirilmə prosesinin effektiv olması üçün kimin nə zaman və harada ifadəsinin alınacağı ilə bağlı müstəntiq qərar verəcək.