Xoşbəxt Yusifzadə “Azərbaycan polisinin 100 illiyi” yubiley medalı ilə təltif edilib


Digərləri 16 Avq 2018 15:04:43 224 0

Xoşbəxt Yusifzadə “Azərbaycan polisinin 100 illiyi” yubiley medalı ilə təltif edilib

Daxili işlər naziri, general-polkovnik Ramil Usubovun 14 avqust 2018-ci il tarixli əmri ilə Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü Xoşbəxt Yusifzadə “Azərbaycan polisinin 100 illiyi (1918-2018)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif edilib.

Bakı. Daxili işlər naziri, general-polkovnik Ramil Usubovun 14 avqust 2018-ci il tarixli əmri ilə Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü Xoşbəxt Yusifzadə “Azərbaycan polisinin 100 illiyi (1918-2018)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif edilib. DİN-dən Trend-ə verilən məlumata görə, ölkəmizin qocaman neftçi-aliminə mükafat Daxili İşlər Nazirliyində təqdim olunub. Daxili işlər naziri general-polkovnik Ramil Usubov yubiley medalı ilə təltif olunması münasibətilə akademik Xoşbəxt Yusifzadəni səmimi qəlbdən təbrik edib, ona möhkəm cansağlığı, uzun ömür, istehsalat fəaliyyətində və elmdə yeni nailiyyətlər arzulayıb. Nazir qeyd edib ki, Xoşbəxt Yusifzadənin şərəfli ömür yolu və respublikanın neft-qaz sənayesinin inkişafında böyük xidmətləri ölkəmizin daxili işlər orqanlarının əməkdaşları üçün də böyük örnəkdir.