Jirinovski: "Artıq sərhədlərimizi açmağın vaxtı çatıb"


Digərləri 16 Avq 2018 14:44:00 274 0

Jirinovski: "Artıq sərhədlərimizi açmağın vaxtı çatıb"

Ruslar, ukraynalılar və belarusları sadə ideologiya birləşdirməlidir - bir torpaq, bir xalq, bir ölkə. Artıq sərhədlərimizi açmağın vaxtı çatıb. 

Son.az oxu.az-a istinadən bildirir ki, belə bir bəyanatla Rusiyanın Liberal-Demokrat Partiyasının (LDPR) lideri, Dövlət Dumasının deputatı Vladimir Jirinovski çıxış edib.

Jirinovski hesab edir ki, "yerlilər" "bizə ideal uyğun gələn üst millət tərifidir".

O güman edir ki, "yerlilər" anlayışına keçmiş SSRİ-nin bütün xalqlarını aid etmək olar. Bu, mövcud millətlərarası münaqişələri və keçmiş sovet ölkələrinin bir-birinə olan ərazi iddialarını həll etməkdə yardımçı olacaq.