Everton-un futbolçusu CSKA-da


İdman 16 Avq 2018 14:33:00 216 0

Everton-un futbolçusu CSKA-da

"Everton" ötən il "Hayduk"dan 10 milyon funt-sterlinqə transfer etdiyi Nikola Vlaşiçi icarəyə verib.

Goal.az xəbər verir ki, xorvatiyalı hücumameyilli yarımmüdafiəçi Rusiyada çıxış edəcək. 20 yaşlı futbolçunu ÇSKA rənglərinə bağlayıb. Müqavilə müddəti mövsümün sonuna qədərdir.

Qeyd edək ki, Vlaşiç Xorvatiya millisinin üzvüdür.