Poqba getməkdə israrlıdır


İdman 16 Avq 2018 14:10:00 278 0

Poqba getməkdə israrlıdır

Manchester United-in futbolçusu Pol Poqba Barcelona-ya keçməkdə israrlıdır.

Goal.az xəbər verir ki, "qırmızı şeytanlar"ın baş məşqçisi Joze Mourinyonun  fransalı yarımmüdafiəçini komandanın kapitanı etməsinə baxmayaraq, tərəflər arasında münasibətin hələ də yaxşı olmadığı bildirilb. Buna görə də P.Poqba İspaniyada yay transfer pəncərəsi bağlanana qədər (avqustun sonu) Kataloniya təmsilçisi ilə müqavilə imzalamaq istəyir.

İngiltərə klubunun isə onu satmaq fikri yoxdur.