Millimizdən tarixi qələbə


Digərləri 16 Avq 2018 14:09:53 220 0

Millimizdən tarixi qələbə

Ukraynanın paytaxtı Kiyevdə keçirilən minifutbol üzrə Avropa çempionatında millimiz tarixi qələbəsini qazanıb.

Bakı. Ukraynanın paytaxtı Kiyevdə keçirilən minifutbol üzrə Avropa çempionatında millimiz tarixi qələbəsini qazanıb. Trend-in məlumatına görə, millimiz qrupun autsayderi olan Türkiyə ilə qarşılaşıb. Oyundan öncə komandalar qardaşlıq rəmzi olaraq birgə şəkil çəkdiriblər. Millimizin üstünlüyü şəraitində keçən matçda komandamız 6:2 hesabı ilə qələbə qazanıb. Yığmamızın altı qolundan üçünü Seymur Məmmədov (17, 18, 31), digərlərini isə Asif Zeynalov (1-ci dəqiqə), Vüsal İsayev (38) və Elvin Əlizadə (40) vurub. Türklərdən isə Kaan Çamkır dubl edib (18, 27).