Samuxda keçmiş məhkum arvadını öldürdü


Digərləri 16 Avq 2018 13:54:03 233 0

Samuxda keçmiş məhkum arvadını öldürdü

Həyat yoldaşı Müşafərim Bayramovanı qətlə yetirməkdə, onun qohumu Xatirə Salmanovaya bıçaqla xəsarət yetirməkdə şübhəli bilinən Elvin Bayramov saxlanılıb

Bakı. Samuxda qətl hadisəsi baş verib. DİN-dən Trend-ə verilən məlumata görə, avqustun 16-da əvvəllər məhkum olunmuş Elvin Bayramov həyat yoldaşı Müşafərim Bayramovanın yaşadığı, Samux rayonunun Ziyadlı kəndindəki atasına məxsus evə gələrək münaqişə zəminində ona və qohumu Xatirə Salmanovaya bıçaqla xəsarət yetirib. Nəticədə M.Bayramova ölmüş, X.Salmanova isə xəstəxanaya yerləşdirilib.