Gömrükçülər aksiz markasız siqaretlərin realizə edilməsinin qarşısını alıb


Digərləri 16 Avq 2018 13:44:00 196 0

Gömrükçülər aksiz markasız siqaretlərin realizə edilməsinin qarşısını alıb

Külli miqdarda aksiz markasız siqaretin gömrük orqanlarına bəyan edilmədən ölkə ərazisinə gətirilməsi cəhdinin qarşısı alınıb.

Bakı. Külli miqdarda aksiz markasız siqaretin gömrük orqanlarına bəyan edilmədən ölkə ərazisinə gətirilməsi cəhdinin qarşısı alınıb. DGK-dan Trend-ə verilən məlumata görə, Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında, "Opel Vectra" markalı avtomobil Qazax rayonu ərazisində saxlanılıb. Daha sonra Tovuz Gömrük İdarəsinin "Sınıq Körpü" gömrük postunun ərazisinə gətirilən avtomobilə ətraflı baxış keçirilib.