"Atletico bizi cəzalandırdı"


İdman 16 Avq 2018 13:33:00 243 0

"Atletico bizi cəzalandırdı"

"Fiziki cəhətdən problem yaşamadıq. Bəzi vaxtlar topla oynamaqda çətinlik çəkdik. Riskli qərarlar verdik. "Atletico" bizi səhvlərimizə görə cəzalandırdı və layiqli qələbə qazandı. Problemlərimzi həll etmək üçün səhvlərimizdən dərs çıxarmalıyıq".

Goal.az-ın məlumatına görə, bu sözləri "Real"ın baş məşqçisi Xulen Lopeteqi UEFA superkubokunda "Atletico"ya 2:4 hesabı ilə uduzduqları oyundan sonra keçirilən mətbuat konfransında deyib.

"Oynadığımız bir matçın nəticəsinə görə transfer siyasətimizi dəyişdirəcəyimizi düşünmürəm. Bizim hazırda ilk hədəfimiz ölkə çempionatına yaxşı başlamaqdır" - deyə o bildirib.