Rusiyalı hərbçilər Ermənistanda qəzaya düşdü


Digərləri 16 Avq 2018 13:28:00 245 0

Rusiyalı hərbçilər Ermənistanda qəzaya düşdü

Rusiyanın Ermənistandakı 102-ci hərbi bazasının hərbçiləri qəzaya düşüb.

Son.az bildirir ki, Virtualaz.org-un erməni KİV-lərinə istinadən xəbərinə görə, hadisə Şirak vilayətinin Artik şəhərində baş verib. Belə ki, şəhərin Nerkatsi və Baqramyan küçələrinin kəşişməsində 0032 YՕ 94 nömrəli "ZİL 131" markalı hərbi yük maşını məlum olmayan səbəbdən aşıb.

Hadisə yerinə gələn xilasedicilər Rusiya hərbçiləri - 1995-ci il təvəllüdlü Andrey Qrutikov və 1997-ci il təvəllüdlü Artyom Kiryanova maşının yük yerindən çıxmağa yardım ediblər.Onlar ciddi xəsarət almadıqlarına görə xəstəxanaya aparılmayıblar.