Simeone superkubok qələbəsindən danışdı


İdman 16 Avq 2018 13:18:00 240 0

Simeone superkubok qələbəsindən danışdı

"Etdiyimiz oyunçu dəyişiklikləri bizə əlavə güc verdi. Dieqo Kosta möhtəşəm oynadı. Mükəmməl heyətə sahibəm. Ehtiyacımız olan tək şey hər oyunçunun hazır və istəkli olmasıdır".

Goal.az-ın məlumatına görə, bu sözləri "Atletico"nun baş məşqçisi Dieqo Simeone UEFA superkubokunda "Real"a 4:2 hesabı ilə qalib gəldikləri oyundan sonra keçirilən mətbuat konfransında deyib.

"Oynadığımız son bir neçə finalda istədiyimizi əldə edə bilməmişdik, amma bu dəfə kuboku qazandıq. Bu, bizə özünəinam və güc verir. İndi zəfərimizi qeyd etmək zamanıdır. Sabahdan "Valensiya" ilə matçı düşünməyə başlayacağıq" - deyə o bildirib.