Universitetdə elmi təcrübə zamanı partlayış


Dünya 16 Avq 2018 13:04:00 243 0

Universitetdə elmi təcrübə zamanı partlayış

Braziliyanın Rio-de-Janeyro şəhərində federal universitetdə elmi təcrübə zamanı partlayış baş verib.

Son.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, 3 nəfər yaralanıb. Onlardan biri tələbə, ikisi texnikdir.

Hadisə Metallurgiya kafedrasının laboratoriyasında baş verib. Universitetə yanğınsöndürənlər və təcili yardım cəlb olunub.