ABŞ vətəndaşlarının əksəriyyəti Donald Trampdan narazıdır


Dünya 16 Avq 2018 12:09:07 283 0

ABŞ vətəndaşlarının əksəriyyəti Donald Trampdan narazıdır

Respondentlərin 59%-i ABŞ-ın "yanlış yolla" hərəkət etdiyini bildirib

ABŞ vətəndaşlarının52%-i hazırkı prezident Donald Trampın fəaliyyətindən narazıdır.

"Report" xəbər verir ki, bu, "Politico" nəşrinin sifarişi əsasında "Morning Consult" özəl şirkətininapardığı araşdırma nəticəsində məlum olub.

Respondentlərin 43%-i isə, əksinə, ABŞ prezidentinin işindən razı qaldıqlarını bildiriblər. Bundan əlavə, rəyi soruşulanların 59%-i ABŞ-ın "yanlış yolla" hərəkət etdiyini söyləyib.