Baş Prokurorun vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Digərləri 16 Avq 2018 12:12:00 284 0
Azərbaycan Respublikasının Baş prokuroru Zakir Qaralovun Şirvan şəhər, Saatlı, Sabirabad, Salyan və Hacıqabul rayon sakinləri ilə avqustun 17-nə nəzərdə tutulmuş qəbulunun vaxtı dəyişdirilib.
Son.az bildirir ki, Baş Prokurorluqdan Trend-ə verilən məlumata görə, qəbul avqustun 24-də saat 10:00-da Saatlı rayon prokurorluğunun inzibati binasında keçiriləcək.
Mənbə: milli.az