Həşərat sancmasına görə 15 min manatlıq sığorta ödənişi


Digərləri 16 Avq 2018 12:13:00 291 0

Həşərat sancmasına görə 15 min manatlıq sığorta ödənişi

Azərbaycanın sığorta bazarının liderlərindən biri olan “Atəşgah” Sığorta Şirkəti 2018-ci ilin ilk yarimilliyi ərzində səyahət sığortası üzrə iri ödənişlər həyata keçirib.

Bakı. Azərbaycanın sığorta bazarının liderlərindən biri olan “Atəşgah” Sığorta Şirkəti 2018-ci ilin ilk yarimilliyi ərzində səyahət sığortası üzrə iri ödənişlər həyata keçirib. “Atəşgah” Sığorta Şirkətindən Trend-ə verilən məlumata görə, cari ilin ilk altı ayı ərzində səfər sığortası üzrə həyata keçirilən ən yüksək məbləğli sığorta ödənişi 57 748,56 azn təşkil edib. Sığorta olunan Türkiyədə səfərinin son günü avtomobil qəzası nəticəsində ağır xəsarət alıb. Hadisə nəticəsində zərərçəkmiş şəxsin tibbi xərcləri “Atəşgah” SŞ tərəfindən qarşılanıb. “Atəşgah” SŞ tərəfindən səfər sığortası üzrə həyata keçirilən növbəti ödəniş 15 643,96 azn olub. Sığorta olunan ABŞ-ın Texas ştatında qırmızı odlu qarışqa sancması nəticəsində yaranan allergik reaksiya səbəbilə tibb müəssəsinə aparılıb və tibbi xərcləri sığortaçı tərəfindən ödənilib.