Ermənistan ordusunda daha bir rüşvət qalmaqalı


Digərləri 16 Avq 2018 12:04:00 246 0

Ermənistan ordusunda daha bir rüşvət qalmaqalı

Ermənistanda çağırışçıların xidmətdən azad edilməsi üçün külli miqdarda rüşvət alınması faktının üstü açılıb, bir neçə nəfər saxlanılıb.

Son.az azvision.az-a istinadən xəbər verir ki, bu barədə Ermənistan Baş Prokurorluğunun mətbuat xidməti məlumat yayıb.

İstintaq zamanı müəyyən edilib ki, Milli Təhlükəsizlik Xidmətinin sabiq əməkdaşı çağırışçının atasından əsgərlikdən möhlət hüququ almaq və xidmətdən azad edilməsi üçün 15 000 dollar alıb. Nəticədə iki nəfər A.A və Ş.Q adlı şəxslər faktla bağlı həbs edilib.