Lerikdə 28 məntəqəni birləşdirən yolun yenidən qurulması başa çatır (FOTO/VİDEO)
Digərləri 16 Avq 2018 11:52:00 246 0
Lerikdə 28 km uzunluğa malik yolun yenidən qurulması bitmək üzrədir
Bakı.
Lerikdə 28 km uzunluğa malik yolun yenidən qurulması bitmək üzrədir.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Trend-ə verilən məlumata görə, Piran-Hamarat-Vjaker avtomobil yolunda layihə boyu 62 ədəd yol nişanı və məlumatverici lövhə, 52 ədəd km göstəricisi, 360 ədəd siqnal dirəyi quraşdırılacaq.
20 km uzunluğunda üfüqi nişanlanma xətlərinin çəkilişi işləri aparılmaqla müasir yol infrastrukturu yaradılaraq yaxın aylarda vətəndaşların istifadəsinə veriləcək.
Mənbə: az.trend.az