Bu ölkələr yeni qlobal valyuta yaradır


Dünya 16 Avq 2018 11:44:00 235 0

Bu ölkələr yeni qlobal valyuta yaradır

ABŞ dollarının dünyada təzyiq vasitəsi kimi işlədilməsi yeni qlobal valyutanın yaranmasına səbəb olacaq.

Son.az bildirir ki, bu sözləri Rusiya parlamentinin alt qanadı Dümanın Maliyyə Bazarları Komitəsinin sədri Anatoli Aksakov deyib.

Anadolu Agentliyinə açıqlama verən parlamentari ABŞ dollarının istifadəsi ilə bağlı təzyiqin beynəlxalq ödəmələrdə dollardan imtina edilməsi ilə nəticələnəciyini bildirib.

"Dollar dünya valyutası statusunu 1944-cü ildə əldə etdi. O dövrdə dollar sabit qalırdı, lakin bununla yanaşı, bir çox ölkənin valyutası dəyərini itirdi. Bu da dollarla daha çox alış-verişin edilməsinə gətirib çıxardı. Beləliklə, dollar beynəlxalq əməliyyatlarda əsas qüvvə oldu"-, Aksakov deyib.