Rumıniyanın Konstansa Limanı Bakı Limanı ilə birgə layihələr üçün açıqdır


Digərləri 16 Avq 2018 10:42:00 349 0

Rumıniyanın Konstansa Limanı Bakı Limanı ilə birgə layihələr üçün açıqdır

Rumıniyanın Konstansa Limanı Dünya Limanlar Birliyi ilə birgə Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ilə səmərəli və məhsuldar əməkdaşlığı inkişaf etdirməyə hazırdır.

Son.az bildirir ki, bu barədə Trend-ə Konstansa Limanının nümayəndəsi deyib.

Onun sözlərinə görə, Rumıniya limanı bilik və təcrübə mübadiləsi, yeni yanaşmaların müəyyən edilməsi və yük daşımaların həcminin artırılması məqsədilə Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ilə birgə layihələrin təşəbbüsü üçün açıqdır:

"Biz Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ilə əməkdaşlıqla bağlı yeni yanaşmaların müəyyən olunması üçün səy göstərəcəyik. Əminik ki, gələcəkdə əməkdaşlıq üçün yeni istiqamətlər və sahələr tapılacaq".