Dieqo Kosta UEFA Super Kuboku tarixinə düşdü


İdman 16 Avq 2018 10:44:00 309 0

Dieqo Kosta UEFA Super Kuboku tarixinə düşdü

Atletico-nun futbolçusu Dieqo Kosta UEFA Super Kuboku tarixində ən erkən qola imza atıb.

Goal.az-ın məlumatına görə, 30 yaşlı hücumçu Real Madrid-lə  matçın 49-cu saniyəsində fərqlənib. Sonradan o, 79-cu dəqiqədə daha bir qol vuraraq, komandasını məğlubiyyətdən xilas edib. Oyun Atletico-nun 4:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, əvvəlki rekord yarımmüdafiəçi Ever Baneqaya məxsus olub. O, 2015-ci ildə Sevilla-da çıxış etdiyi vaxt Barcelona-nı 3-cü dəqiqədə məyus edib.