BakıQuba yolunda hərəkət məhdudlaşdırılır


Digərləri 16 Avq 2018 10:38:00 308 0

BakıQuba yolunda hərəkət məhdudlaşdırılır

Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 28-45-ci km-lik hissəsində təmir işlərinə başlanılıb.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Son.az-a verilən məlumata görə, təmir işləri yolun Quba istiqamətində aparılır. Təmir işləri bir neçə gün ərzində davam etdiriləcək. Bu müddət ərzində magistralın sözügedən hissəsində Quba istiqaməti üzrə hərəkət tam olaraq məhdudlaşdırılıb.

Alternativ olaraq sürücülər magistralın Hacı Zeynalabdin Tağıyev qəsəbəsindən keçən hissəsindən istifadə edərək hərəkətlərinə davam edə bilərlər.