Zəhərlənmə “Tonqal” restoranı ilə


Digərləri 16 Avq 2018 10:40:00 92 0

Zəhərlənmə “Tonqal” restoranı ilə

Restoran rəsmisi: "Biz də xəbər gözləyirik..."

Nərimanov rayonu, Həsən Əliyev prospekti 82 ünvanında yerləşən "Tonqal" restoranında baş vermiş kütləvi zəhərlənmə Qida Təhlükəsizliyi Agentliyi ilə restoran rəhbərliyini üz-üzə qoyub. Məlum hadisə avqustun 11-də qeydə alınıb. Məsələ ilə bağlı Qida Təhlükəsizliyi Agentliyi açıqlama yayıb.

Həmin açıqlamaya görə, 11.08.2018-ci il tarixində Bakı şəhəri, Nərimanov rayonu, Həsən Əliyev prospekti 82 ünvanında yerləşən "Tonqal" restoranında baş verən kütləvi zəhərlənmə hadisəsi ilə bağlı daxil olan məlumat əsasında Qida Təhlükəsizliyi Agentliyində dərhal operativ işçi qrupu yaradılıb, hadisənin baş verdiyi restoranda, zəhərlənən şəxslərin yerləşdirildiyi Klinik Tibbi Mərkəzdə və 2 saylı Uşaq Kliniki Xəstəxanasında qida təhlükəsizliyi araşdırmalarına başlanıb. İlkin məlumata əsasən, axşam saat 20:00 radələrində "Tonqal" restoranında 2 ayrı masada qidalanan müxtəlif ailə üzvlərində bir neçə saatdan sonra zəhərlənmə əlamətləri baş verib. Hadisə nəticəsində 3-ü azyaşlı olmaqla, 13 nəfər zəhərlənib. Mütəxəssislər tərəfindən xəstələrdən nümunələr götürülüb və laboratoriyaya göndərilib. İlkin araşdırmalara görə, zəhərlənməyə səbəb baytarlıq-sanitariya nəzarətindən keçirilməyən ət və ət məhsullarından hazırlanan qidalar olub. Bundan əlavə, hadisənin baş verdiyi "Tonqal" restoranında müvafiq epidemoloji araşdırmalar aparılıb, bir sıra ciddi qida təhlükəsizliyi qaydalarının pozulduğu müəyyən olunub və faktla bağlı protokol tərtib edilib.

Son.az bildirir ki, "Yeni Müsavat"ın əməkdaşı məsələ ilə bağlı "Tonqal" restoranı ilə əlaqə saxlayıb. Restoran rəsmisi Fərhad Əsədullazadə deyib ki, zəhərlənmənin nədən baş verməsi haqda onlara məlumat verilməyib: "Bildiyim qədər restorandakı qidalardan götürülən analizlərin cavabı hazır deyil. Qida Təhülkəsizliyi Agentliyindən bizə deyiblər ki, analizlərin cavabı 1-2 günə hazır olacaq. Biz də xəbər gözləyirik. Bizdə 4 gündür ki, sanitar günlərdir, bütün profilaktik işlər görülür".

Fərhad Əsədullazadə deyib ki, hazırda cavabı gözləyirlər deyə özləri də zəhərlənmənin hansı səbəbdən baş verdiyini bilmirlər: "Həmin gün restoranda çoxlu müştəri olub. Sadəcə, 2 stolda əyləşənlərdə problem yarandığı deyilir.  Restoranda, ümumiyyətlə, köhnə nəsə olmur. Biz də araşdırırıq, ən çox bizə maraqlıdır ki, bu nə məsələdir".

Restoran rəsmisi QTA-nın zəhərlənmənin ətlə əlaqəli olması haqda açıqlaması ilə tanış olmadığını bildirdi: "Biz agentliyin mütəxəssislərinə istifadə etdiyimiz ətləri hansı ünvandan aldığımızı bildirmişik. Həmişə ət aldığımız məkandır. QTA mütəxəssisləri orada da yoxlamalar aparıblar. Həmin qəssabxana Binəqədidə yerləşir".

Qeyd edək ki, zəhərlənən 13 nəfərdən 11-i aparılan müayinə və müalicələrdən sonra evə buraxılan, 2 nəfər azyaşlının müalicəsi isə 2 saylı Uşaq Kliniki Xəstəxanasında davam etdirilir. Hazırda onların vəziyyəti qənaətbəxşdir.

Azərbaycan əhalisinin sayı açıqlandı like
  • 16 Avq 10:39  
Digərləri Azərbaycan əhalisinin sayı açıqlandı

İlin əvvəlindən Azərbaycan əhalisinin sayı 38 049 nəfər artaraq 2018-ci

arrow Ətraflı
BakıQuba yolunda hərəkət məhdudlaşdırılır like
  • 16 Avq 10:38  
Digərləri BakıQuba yolunda hərəkət məhdudlaşdırılır

Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 28-45-

arrow Ətraflı
Niki Minaj MTV şousuna qatıldı like
  • 16 Avq 10:36  
Digərləri Niki Minaj MTV şousuna qatıldı

Dünyanın ən məşhur müğənnilərindən biri, amerikalı Niki Minaj yeni &q

arrow Ətraflı
Ali təhsil müəssisələrinə qəbul olan abituriyentlərin qeydiyyatı başlanıb like
  • 16 Avq 10:32  
Digərləri Ali təhsil müəssisələrinə qəbul olan abituriyentlərin qeydiyyatı başlanıb

Azərbaycan Respublikası ali təhsil müəssisələrinə qəbul olan abituriyen

arrow Ətraflı
Rumıniyanın Konstansa Limanı Bakı Limanı ilə birgə layihələr üçün açıqdır (ÖZƏL) like
  • 16 Avq 10:31  
Digərləri Rumıniyanın Konstansa Limanı Bakı Limanı ilə birgə layihələr üçün açıqdır (ÖZƏL)

Rumıniyanın Konstansa Limanı Dünya Limanlar Birliyi ilə birgə Bakı Beynə

arrow Ətraflı
Bu yolda təmir işləri aparılır like
  • 16 Avq 10:27  
Digərləri Bu yolda təmir işləri aparılır

Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi mə

arrow Ətraflı
ABŞ vitseprezidentindən Türkiyəyə çağırıştəhdid: like
  • 16 Avq 10:24  
Dünya ABŞ vitseprezidentindən Türkiyəyə çağırıştəhdid:

ABŞ-ın vitse-prezidenti Mayk Pens Türkiyə ilə bağlı sərt bəyanat verib.

arrow Ətraflı
Məleykə Abbaszadə: Bu il 700 bal toplayan abituriyentlər rekord sayda olub like
  • 16 Avq 10:23  
Digərləri Məleykə Abbaszadə: Bu il 700 bal toplayan abituriyentlər rekord sayda olub

Bu il 700 bal toplayan abituriyentlər rekord sayda - ümumilkdə 29 nəfər olu

arrow Ətraflı
Məşhur aktrisa İnstagramda lüt fotolarını paylaşdı like
  • 16 Avq 10:20  
Digərləri Məşhur aktrisa İnstagramda lüt fotolarını paylaşdı

Britaniyanın populyar aktrisalarından olan Lena Danhem İnstagram-dakı profil

arrow Ətraflı
Bu yolda təmir işləri aparılır like
  • 16 Avq 10:18  
Digərləri Bu yolda təmir işləri aparılır

Yol qəzaları nəticəsində yararsız vəziyyətə düşmüş təhlükəsizlik

arrow Ətraflı
Məleykə Abbaszadə: Bu il 700 bal toplayan abituriyentlər rekord sayda olub like
  • 16 Avq 10:15  
Digərləri Məleykə Abbaszadə: Bu il 700 bal toplayan abituriyentlər rekord sayda olub

Bu il 700 bal toplayan abituriyentlər rekord sayda – ümumilkdə 29 nəfər o

arrow Ətraflı
Real Madrid-dən 70 ilin ən pis göstəricisi like
  • 16 Avq 10:15  
İdman Real Madrid-dən 70 ilin ən pis göstəricisi

UEFA Super Kuboku matçında "Atletico"ya 2:4 hesabı ilə uduzan

arrow Ətraflı
Əvvəlki ali təhsilindən imtina edən qız arzusuna çatdı like
  • 16 Avq 10:12  
Digərləri Əvvəlki ali təhsilindən imtina edən qız arzusuna çatdı

"İllərimi bunun üçün vermişəm. Artıq arzuma çatdım".

arrow Ətraflı
Generaldan sərt açıqlama: like
  • 16 Avq 10:08  
Siyasət Generaldan sərt açıqlama:

Ukrayna Rusiya ilə sərhədini tamamilə bağlamalıdır.

arrow Ətraflı