Əvvəlki ali təhsilindən imtina edən qız arzusuna çatdı


Digərləri 16 Avq 2018 10:12:00 297 0

Əvvəlki ali təhsilindən imtina edən qız arzusuna çatdı

"İllərimi bunun üçün vermişəm. Artıq arzuma çatdım".

Son.az bildirir ki, bunu oxu.az-a açıqlamasında ali məktəbə daxil olub, istəmədiyi fakültə olduğu üçün təhsilini yarımçıq qoyan Zöhrə İsmayılova deyib.

O deyib ki, bu il imtahan verərək istədiyi fakültəyə - Bakı Mühəndislik Universitetinin İnformasiya Texnologiyaları fakültəsinə daxil olub.

Qeyd edək ki, bir müddət əvvəl sosial şəbəkələrdə onun 675 bal topladığı, ancaq ixtisas seçimində iştirak etməyəcəyi ilə bağlı məlumatlar yayılmışdı. O, saytımızla əlaqə saxlamış, bu məlumatları təkzib etmişdi.