Narkotik vasitələr gətirən mütəşəkkil cinayətkar qrup ifşa olundu


Kriminal 16 Avq 2018 09:40:00 250 0

Narkotik vasitələr gətirən mütəşəkkil cinayətkar qrup ifşa olundu

Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən Füzuli rayonu Bala-Bəhmənli kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti ərazisində İran İslam Res­publikasından Azərbaycan Respublikası istiqamətində 2 nəfərin dovlət sərhədini pozması əlamətləri aşkarlanıb.

Son.az bildirir ki, DSX-dən Trend-ə verilən məlumata görə, sərhəd axtarışı əməliyyatı nəticəsində 2 nəfər İran İslam Respublikası vətən­daşı, Maku şəhər sakinləri 1972-ci il təvəllüdlü Qasımzadə Həsən Əh­məd və 1995-ci il təvəllüdlü Həsənzadə Həmid Hüseyn sax­lanılıb, onların İrandan Azərbaycana dövlət sərhədini pozaraq ərazi­də gizlətdikləri 1 kq 335 qram heroin, 570 qram tiryək, 265 qram meta­fitamin, 670 qram marixuana və 10 ədəd psixotrop həb aşkar olunub.

Hadisə ilə bağlı keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Füzuli rayonunun Araz-Dilağarda kəndində narkotik vasitələri qəbul et­mək üçün əraziyə gəlmiş "Hunday Elantra" markalı 99 MV 667 dövlət qeydiyyat nişanlı avtomobildə Bakı şəhər sakinləri 1986-cı il təvəllüdlü Həbibullayeva Günay Qüdrət qızı, 1993-cü il təvəllüdlü Mirnağıyev Mir­tağı Süleyman oğlu və İran vərəndaşı 1990-cı il təvəllüdlü Hacı Hacelo Niari İsa Ərşad saxlanılıblar. Avtomobilə və həmin şəxslərin əş­yalarına keçirilmiş baxış zamanı Həbibullayeva Günay Qüdrət qızının əl çantasından 6435 ABŞ dolları, 16400 AZN və 5-10 qram çəkidə bükümlərdə metafitamin, heroin və marixuana aşkarlanıb.

Əməliyyat-axtarış tədbirlərinin davamı olaraq DSX-nin ƏABİ-nin və DİN-in BNMİ-nin əməkdaşlarının birgə əməliyyat tədbirləri nəticə­sində İİR vətəndaşı İ.Niarinin Bakı şəhərində yaşadığı evinə keçirilmiş baxış zamanı 100 qram heroin narkotik vasitəsi aşkar edilib.


Xəbərə aid fotolar