Samux sakini arvadını qətlə yetirib, onun bibisini isə ağır yaralayıb


Digərləri 16 Avq 2018 09:18:00 257 0

Samux sakini arvadını qətlə yetirib, onun bibisini isə ağır yaralayıb

Samuxda ər arvadını qətlə yetirib.

Son.az Report-a istinadən bildirir ki, hadisə rayonun Ziyadlı kəndində baş verib.

Kənd sakini, 1985-ci il təvəllüdlü Elvin Sədrəddin oğlu Bayramov ailə münaqişəsi zəminində həyat yoldaşı, 1993-cü il təvəllüdlü Müşafərin İman qızı Bayramovanı bıçaqlayaraq qətlə yetirib.

E.Bayramov yoldaşının bibisi, 1967-ci il təvəllüdlü Xatirə Ümid qızı Salmanovaya isə çoxsaylı bıçaq zərbələri endirib. Qadın dərhal xəstəxanaya yerləşdirilib. Həkimlər onun vəziyyətini orta ağır kimi qiymətləndirirlər.