“Qafqazinfo”nun 8 yaşı tamam olur


Digərləri 16 Avq 2018 09:12:42 292 0

“Qafqazinfo”nun 8 yaşı tamam olur

Bu gün Azərbaycanın tanınmış "Qafqazinfo.az" xəbər portalının yaranmasının 8 ili tamam olur.

Bakı. Bu gün Azərbaycanın tanınmış "Qafqazinfo.az" xəbər portalının yaranmasının 8 ili tamam olur. “Qafqazinfo” 2010-cu il avqustun 16-da oxucularına ilk xəbərini təqdim edib. Portalda Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, digər Qafqaz ölkələrində, habelə dünyada baş verən maraqlı xəbərlər oxuculara çatdırılır. Bundan başqa, internet qəzetdə müxtəlif sahələrdən bəhs edən müsahibələr, təhlillər, reportajlar, müəllif yazıları işıqlandırılır.