Samsungun əyilən bilən smartfonu bu il təqdim oluna bilər


Digərləri 16 Avq 2018 08:25:00 264 0

Samsungun əyilən bilən smartfonu bu il təqdim oluna bilər

Samsung şirkəti əyilə bilən smartfon üzərində 2013-cü ildən bəri çalışır. Bir neçə müddət bundan öncə isə məlum oldu ki, Huawei şirkəti Samsung-dan tez tərpənərək əyilə bilən smartfonu ilk olaraq özü təqdim etmək istəyir. Məlumata əsasən Huawei şirkətinin bu smartfonu ilin sonuna kimi təqdim olunmalıdır.

Son.az technote.az-a istinadən bildirir ki, Samsung isə öz əyilə bilən smartfon modelini gələn ilin əvvəlində təqdim etməyi planlaşdırır. Lakin son məlumatlara əsasən Samsung şirkəti bu işdə birinciliyi Huawei şirkətinə vermək niyyətində deyil. Bu barədə Samsung Electronics IT və Mobile şöbələrinin rəhbəri bildirib.