Ucuz Nokia 2.1 satışa çıxarılıb


Digərləri 16 Avq 2018 08:11:00 229 0

Ucuz Nokia 2.1 satışa çıxarılıb

"Nokia" brendi üzərində hüquqlara sahib "HMD Global" şirkəti Rusiyada "Nokia 2.1" smartfonunun satışına başlayıb. Model ötən ilki ucuz "Nokia 2" aparatını əvəz edəcək.   Son.az ICTnews-a istinadən bildirir ki, bu aparat daha müasir texnoloji içlik, tutumlu akkumulyator və iki gün müddətində avtonom işləyən modeldir. Smartfon "HD" (720x1280 piksel) təsvir ölçülü 5,5 düymlük ekran, ön stereodinamiklər, 5 meqapiksellik ön və 8 meqapiksellik əsas kameralarla təchiz edilib.   Aparat dördnüvəli "Qualcomm Snapdragon 425" prosessoru, 1 QB-lıq əməli yaddaş və 8 QB-lıq daxili fləş yaddaşa ("microSD" formatlı kart vasitəsilə yaddaşı 128 QB-dək artırmaq mümkündür) malikdir. Akkumulyatorun tutumu 4000 milliamper/saat təşkil edir. Smartfon zəif smartfonlar üçün optimallaşdırılmış "Android Oreo" versiyasının idarəetməsi altında işləyir.