Kompüter faksla virusa yoluxdu VİDEO


Digərləri 16 Avq 2018 07:41:00 297 0

Kompüter faksla virusa yoluxdu  VİDEO

Kibertəhlükəsizlik sahəsi üzrə ixtisaslaşmış "Check Point" şirkətinin mütəxəssisləri tərəfindən çoxfunksiyalı qurğularda (printer, skaner və faks) aşkar edilmiş boşluq hakerlərə həmin qurğularla əlaqəli olan fərdi kompüterlərə müdaxilə etməyə imkan verir.   Son.az ICTnews-a istinadən bildirir ki, mütəxəssislər tərəfindən "HP Officejet Pro 6830" adlı çoxfunksiyalı qurğuda JPEG faylların işlənməsi kitabxanasında aşkar edilmiş boşluğu buferin doldurulması məqsədilə istifadə etmək olar. Bundan sonra mütəxəssislər qurğu üzərində nəzarəti ələ keçirməyə imkan verən proqram yazaraq onu JPEG-fayla yerləşdiriblər. Bu proqram şəbəkəyə çıxışın mövcudluğunu yoxlayır və müsbət cavab aldıqda virusu yayır.


Xəbərə aid video